23 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”dan qələbə (YENİLƏNİB)

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama görüşünə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Rusiyanın "Zenit" klubu ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk yoxlama görüşündə Avstriyanın "Vakker İnsbruq" klubuna 0:1 hesabı ilə uduzan "Qarabağ" son yoxlama oyununu iyulun 1-də "Skenderbeu"ya (Albaniya) qarşı keçirəcək.

28 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" – "Zenit" – 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43