Kateqoriyasız

“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı həssas addım

“Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı jest edib.

İdmanxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına şəhidin adını salıb. Beləliklə, Məhəmmədəli İbrahimli “Qarabağ” komandasının üzvü kimi Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.

Məhəmmədəli İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43