30 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”dan SUPERTRANSFER

Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” yeni qapıçı alır.

Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edir. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalamaq üzrədir. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı, yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.

Şehiç niyə transfer edilmədi?

“Qarabağ” son ana qədər sabiq futbolçusu, Bosniya millisinin başqa qapıçısı İbrahim Şehiçi almaq istəyib. Məşqçilər heyəti hesab edib ki, Şehiçin komandaya uyğunlaşması çox zaman aparmayacaq. Futbolçu özü də yenidən Azərbaycanda oynamağa razılıq verib. Lakin onun hazırkı klubu “Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən “Qarabağ” son anda ondan imtina edərək Asmir Beqoviçi almaq qərarı verib. Qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43