25 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”dan tarixi qələbə – YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da qrupda sonuncu və vacib matçına çıxıb. Qurban Qurbanovun komandası Bakıda “Hekken”i məğlub edib – 2:1.

Ağdam klubu bu oyunda da rəqibini üstələyərək 2-ci yerin sahibi kimi qrupdan çıxıb və tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib. 

14 dekabr

UEFA Avropa Liqası

21:45.”Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç) 2:1 

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43