Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” üçüncü transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu AZAL-da forma geyən yarımmüdafiəçi Cavid Tağıyevlə razılığa gəlib və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
22 yaşlı futbolçşu ilə azı 3 illik müqavilə bağlamaq nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində daha öncə hücumçu Danilo Diası və müdafiəçi Tərlan Quliyevi transfer edib.