Kateqoriyasız

“Qarabağ”dan yubiley qələbəsi

“Qarabağ” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Idmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyükhesablı qələbə kimi düşüb.

“Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün komanda Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib. 8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.

Qeyd edək ki, bu mövsüm 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bordin Qurbanovdan irəlidədir

admin

“Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır”

admin

Renat Dadaşov məğlubiyyətə üzüldü, növbəti rəqib “Tottenhem”

admin