Kateqoriyasız

“Qarabağ”ı əzmkar qələbə ilə gözləyirlər

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Omoniya” Kipr çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya təmsilçisi öz meydanında “Doxa” komandası ilə qarşılaşıb. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında qonaqlar hesabı açsa da meydan sahibləri azlıqda qalmalarına rəğmən hakimin oyuna əlavə etdiyi 7 dəqiqədə iki qol vuraraq 3 xalı aktivinə yazdırdı.

Hazırda “Omoniya” bir oyun ehtiyatda qalmaqla 2 turdan sonra 3 xal qazanıb.

Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə “Bazel”lə qolsuz heç-heçəyə razılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43