23 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”ı Avropa çempionatında təmsil etdiyim üçün fəxr edirəm”

“Türkiyənin Xorvatiya ilə oyununu izlədim. Türklər pis oynamadı. Qola kimi bərabər səviyyədə oyun getdi. Xorvatiya dünyanın ən yaxşı oyunçularından təşkil olunan komandadır. Onlara məğlub olmaq dünyanın sonu deyil. Türkiyə qrupunda yaxşı yer tuta bilər”.

İdmanxeber.com-un məlumatına görə, bunu “Anadolu Agentliyi”nə açıqlamasında Albaniya millisinin və “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Müdafiəçi komandasının qrupdakı şanslarını da dəyərləndirib:

“Fransaya son dəqiqədə buraxılan qollarla uduzduq. Qarşımızda dünyanın ən yaxşı komandalarından biri idi və rəqiblə bərabər səviyyədə mübarizə apardıq. Bizim üçün yeni bir təcrübə oldu. Fransaya istirahətə gəlməmişik. Rumıniyaya qalib gəlsək, növbəti mərhələyə çıxa bilərik. Bura gələn oyunçuların əksəriyyəti böyük liqaları və güclü klubları təmsil edir. Mən isə Avropa çempionatında Azərbaycanın “Qarabağ” komandasını təmsil etməkdən qürur duyuram”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43