28 Sentyabr 2021
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Qarabağ”ı digər komandalardan daha yaxşı tanıyırıq” – “Omoniya”nın baş məşqçisi
Kateqoriyasız

“Qarabağ”ı digər komandalardan daha yaxşı tanıyırıq” – “Omoniya”nın baş məşqçisi

Konfrans Liqasının H qrupunda “Qarabağ”ın rəqiblərindən olan Kiprin “Omoniya” klubunun baş məşqçisi Henninq Berq yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli mütəxəssis komandasının “Kayrat”la oyunundan əvvəl danışarkən “Qarabağ” haqda da fikirlərini bildirib:

“Bazel” bir müddət əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynadı. Çox yaxşı komandadı. “Qarabağ” daima Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bir müddət əvvəl onlar Kipr təmsilçilərilə oynamışdı. Bu mənada, “Qarabağ”ı digər komandalardan daha yaxşı tanıyırıq. “Kayrat” tanınmış klub olmasa da, Qazaxıstan çempionudu, yaxşı komandadı. Qrupda qalib gələ bilməyəcəyimiz komanda yoxdu. “Qarabağ” “Omoniya” səviyyəsində komandadı. “Kayrat”ın hansı səviyyədə olmasına baxmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Tərlan Əhmədov: “Kaşki pis oynayıb, xal qazanardıq”

admin

“Roma”dan qələbə – Video

admin

Qurban Qurbanov püşkü dəyərləndirdi

admin