28 Noyabr 2023
Kateqoriyasız

“Qarabağ”ı gözləyən təhlükə

“Qarabağ”ın heyətində Avroliqada göstərdiyi performansla bir çox Avropa klublarının diqqətini çəkən Reynaldo “Hoffenhaym”ın diqqət mərkəzindədi.

Bu barədə Almaniyanın sportal.de saytı məlumat yayıb. 

Xəbərdə bildirilir ki, “Hoffenhaym” Ağdam klubundan Reynaldo və ya “Vest Hem Yunayted”dən Rikardonu heyətinə cəlb etmək istəyir.

Almaniyanın “Kicker” nəşri isə öz oxucularına Reynaldonun Avroliqada, “Qarabağ” formasında göstərdiyi oyunlar haqda məlumat verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43