“Gent” klubunun futbolçusu Sven Kums “Qarabağ” oyunu barədə fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı oyunçu Ağdam təmsilçisinin avrokuboklarda kifayət qədər təcrübəyə malik olduğunu bildirib:
“Qarabağ”ın çıxışını dəyərləndirməmək olmaz. Onlar Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıblar. Bu il isə pley-off mərhələsində məğlub oldular. Avropa Liqasında da uğurlu çıxış ediblər. Onları məğlub etmək çətin olacaq”.
“Qarabağ” – “Gent” oyunu bu axşam saat 21:45-də başlayacaq.