“Linkoln”un qapıçısı Nauset Qarsiya “Qarabağ”la Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunundan (1:2) danışıb.
İdmanxeber.az “Eldia.es”ə istinadən xəbər verir ki, Cəbəllütariq klubunun qolkiperi Bakıdakı cavab oyunu barədə də fikirlərini bildirib:
“İlk oyunda hesabda önə keçə bildik. Hətta üstünlüyümüzü artıra da bilərdik, amma 2-ci qolu vurmağı bacarmadıq. Böyük komandalar əllərinə düşən fürsətləri dəyərləndirməyi bacarırlar. Onlar qələbə qolunu ən axırda vurdular. Odur ki, ilk görüşdən xoş olmayan notlarla ayrıldıq.
Komandamız böyük büdcəsi və yüksək keyfiyyətli futbolçuları olan klubla başabaş mübarizə apardı. Onlar son illərdə mütəmadi olaraq avrokuboklarda çıxış edirlər.
Cavab qarşılaşmasında öz oyunumuzun ritmini artırmalıyıq və meydana çıxıb rəqibin səhvlərindən istifadə etməliyik. Onları məğlub etmək və xüsusən də növbəti mərhələyə keçmək çox çətin olacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur”.