Kateqoriyasız

“Qarabağ”ı məğlub etmək istəyirik” – “Omoniya” rəsmisi

Konfrans Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan Kiprin “Omoniya” klubunun meneceri Andrea Dimitriu yerli mətbuata danışıb.

II turda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək görüş haqda danışan klub rəsmisi bunları deyib:

“Görüşün nəticəsini proqnozlaşdırmayacağıq. Meydana mübarizə aparmaq üçün çıxacağıq. Əslində, “Omoniya” və “Qarabağ” arasında ustalıq səviyyəsində fərq çox deyil. Kiçik səhvlər, detallar matçın taleyini həll edəcək. Azarkeşlərimiz qarşısında qələbə üçün oynamalıyıq. “Qarabağ”ı məğlub etmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43