Kateqoriyasız

“Qarabağ”ı məyus edən xəbər – 4 həftə olmayacaq

Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

İdmanxeber.az kluba istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Mövsümü vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin oyunda xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43