Kateqoriyasız

“Qarabağ”ı Marsel təmsilçisi ilə ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək”

Millimizin baş məşqçisi Canni De Byazi “Qarabağ”ın Avropa Konfransının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandasına qarşı keçirəcəyi oyunlardan öncə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Qarabağ”ın 6 futbolçusu Azərbaycan yığmasında əsas heyət üzvüdür. Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdir. Uzun illərdir ölkə çempionatının zirvəsindədirlər. “Qarabağ” yerli oyunçulara sərmayə qoyan klubdu. Fikrimcə, “Qarabağ”ı Marsel təmsilçisi ilə ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək”.

Milli komandadan da söz açan De Byazi, işi ilə əlaqədar Bakıda qalmalı olduğunu söyləyib: “Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq görüşü keçirmək imkanımız olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43