Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL səfərdə “Qarabağ”a məğlub olub -1:0.
“Təyyarəçilər”in çalışdırıcısı Vaqif Sadıqov oyundan sonra matç haqda fikirlərini açıqladı:
“Başa düşürdük ki, bir oyundan ibarət oyun idi. Qələbə qazanmaq istəyirdik. Qırmızı vərəqəyə kimi hər şey yaxşıdı. Mənə heyfslənmək qalır. Azlıqda qalmağımız mənə pis təsir edir. İstək , mübarizə çoxdu, amma “Qarabağ”ı udmaq üçün səviyyə lazımdır. Aleksandr Şemonayev bilə-bilə yıxılmadı. Hakimlikdən danışmaq istəmirəm. İstəyirəm ki, meydanda qərəz olmasın. Bizə mütləq qələbə qazanmaq lazımdır. Bu gün qarşımıza məqsəd qoymuşduq ki, qələbə qazanaq, amma olmadı.”