“Qarabağ” hələ də istirahətdədi. Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan komanda 2016-ın hazırlıqlarına hər zaman olduğu kimi Antalyada başlayacaq.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” yanvarın 5-də yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq.
Yanvarın 24-nə qədər Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq “Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədi:
16 yanvar – “Traktor Sazi” (İran)
20 yanvar – “Diosqior” (Macarıstan)
23 yanvar – “Admira Vaker” (Avstrya)
23 yanvar – “Yaqelloniya” (Polşa)