Kateqoriyasız

“Qarabağ”ın 5-cisi

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam klubunun heyətində çempionatda 50-ci oyununu keçirib.

Bu, Premyer Liqanın 25-ci turunun “Zirə” ilə görüşündə reallaşıb.

1:1 hesabı ilə başa çatan görüşdə zədələnərək əvəzlənən qolkiper komandasının formasında yubiley görüşünün iştirakçısı olub. Ağdam klubunda 2015/16 mövsümündə debüt edən Məhəmmədliyev 50 matçda 27 top buraxıb.

O, klub tarixinə çempionatda 50 və ya daha çox oyun keçirən 62-ci futbolçu kimi düşüb. Şahruddin qapıçılar arasında buna nail olan 5-ci əlcək sahibidir. Qolkiperlər arasında rekordçu Fərhad Vəliyevdir – 135 oyun. Camaləddin Əliyev 134, İbrahim Sehiç 119, Namiq Bəşirov 55 dəfə şans qazanıb.(pfl.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43