Kateqoriyasız

“Qarabağ”ın 80-ci böyükhesablı ev qələbəsi

“Qarabağ” Azərbaycan çempionatlarında 80-ci böyükhesablı ev qələbəsini qazanıb. 

İdmanxeber.az xəbər verir ki, Premyer Liqanın XXI turuna təsadüf edib. Yarışın lideri öz meydanında “Səbail”ə 5:1 hesabı ilə qalib gəlib.  Peşəkar Futbol Liqasının saytının yazdığına görə, ağdamlılar 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.

“Qarabağ”ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilən II turun görüşündə ağdamlılar Kürdəmir “Şirvan”ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, ötən tur “Zirə”ni rəqib meydanında 3:0 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə 40-cı dəfə böyükhesablı qələbəyə sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43