Avropa Liqasının qrup məırhələsinə vəsiqə qazanan "Qarabağ" F qurupunda mübarizə aparacaq.
İdmanxeber.com-un məlumatına görə, bu qurupda İtaliya "İnter"i, Fransa "Sent Etyen"i və Ukrayna "Dnepr"i kimi komandalar var.
Ağdam klubununa rəqib olan "Sent Etyen"i yaxından tanıyaq…
"Sent Etyen"in əsası 1919-cu ildə qoyulub. Komanda ev oyunlarını 40 min tamaşaçı tutumuna malik "Stade Geoffroy-Guichard" stadionunda keçirir.
"Sent Etyen" 10 dəfə Fransa çempionluğunu qazanıb.. Belə ki, "ağ-yaşıllar" 1957, 1964, 1967, 1968, 1969, 1970, 1974, 1975, 1976 və 1981-ci ildə baş mükafata sahib çıxıblar. Komandanın baş məşqçisi Kristoper Qaltierdi.
95 yaşlı "Sent Etyen"in iki prezidenti var – Bernard Kaiazzo və Roland Romeyer
Hazırda 3 turu geridə qalan Fransa 1-ci liqasında "Sent Etyen" 2-ci pillədə qərarlaşıb. Ağdam klubunun rəqibi 3 matçdan ikisində qələbə qazanıb, birində isə heç-heçə edib.
Hazırda 5 qol vurub öz qapısında cəmi 1 top görən "Sent Etyen"in ən sərrast futbolçusu Türkiyə millisinin üzvü Mövlud Erdincdi – 3 qol.