27 Fevral 2024
Kateqoriyasız

“Qarabağ”ın albaniyalı futboçusu danışdı: “Özümü bu ruha sahib əsl “Qarabağ”lı hiss edirəm”

“Qarabağ” müdafiəçisi Ansi Aqolli klub saytına verdiyi açıqlamada hazırlığı və çempionatı dəyərləndirib: 

“Hazırlıq gözlədiyimiz kimi kecir. Heç bir problemimiz yoxdu. Ancaq başımızı aşağı salıb məşqlərimizi edirik. Artıq get-gedə fiziki yüklənmələr artır. Bunu da normal qəbul edirik. Nə qədər yaxşı hazırlaşsaq faydasını görəcəyik. Nəzərə almaq lazımdır ki, çempionatın 2-ci yarısı daha ağır olacaq. Həm kubok oyunları var, premyerliqa matçları isə daha sıx qrafiklə olacaq. Belə də hər kəs hazır olmalıdı. Bunu bütün komanda yaxşı başa düşür. Hər məşqdən öncə baş məşqçimiz bizimlə söhbət edib yaxşı hazırlaşmağın vacibliyini vurğulayır. Hə, hazırda liderik. Amma bu mövsüm demək olar ki, hamı bir-birindən xal alır. Biz də liderliyi son turda geri qaytardıq. Ona görə də hər şeyə hazır olmalıyıq. Daha az xal itirən komanda sonda sevinəcək. Təbii ki, sonda sevinənin “Qarabağ” olmasını istəyirəm. Bunun üçün ciddi hazırlaşırıq. Biz meydana hər zaman 3 xal üçün çıxırıq. Fəlsəfəmiz daim qələbə qazanmaqdı. Uğursuzluqlardan məyus olmaq deyil, nəticə çıxarıb qabağa baxmağa alışmışıq. Artıq 3 ildən çoxdur burdayam. Və özümü bu ruha sahib əsl “Qarabağ”lı hiss edirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43