Kateqoriyasız

“Qarabağ”ın “Auqsburq”la matçının başlama saatı açıqlandı

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında Almaniyanın “Auqsburq” komandası ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.

Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyulun 15-də keçiriləcək “Auqsburq” – “Qarabağ” matçı saat 20:00-da start götürəcək.

“Qarabağ” iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiyanın “Arsenal” (Tula) komandası ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43