Kateqoriyasız

“Qarabağ”ın Avroliqadakı rəqibi darmadağınla liderliyə yüksəldi

Ukrayna çempionatında növbəti turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Dnepr” öz meydanında “Olimpik”lə qarşılaşıb.

İlk hissədə bir dəfə fərqlənən meydan sahibləri ikinci yarıda gəlmələri top atəşinə tutublar – 5:0.

Qeyd edək ki, bu oyundan sonra xalını 19-a yüksəldən “Dnepr” klubu lider “Şaxtyor”u 1 xal qabaqlayıb.

22 sentyabr

Ukrayna Premyer Liqası, 7-ci tur

23:00. “Dnepr” – “Olimpik” (Donetsk) – 5:0

Qollar: Y.Seleznyov, 9 , B.Qama, 49 , Duqlas, 75, N.Kaliniç, 77, 89


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43