19 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın Avropa Liqasında oynayan heyətinə qarşı yaxşı çıxış etdik”

“Oyunu gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, uşaqlar rəqibdən çəkinməsinlər. Birinci hissədə buna nail olurduq. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Qarabağ” oyunu (0:5) sonrası deyib. O, daha sonra belə davam edib:

“Birinci hissədə komanda çox xoşuma gəldi. İkinci yarının əvvəlində bir epizodumuz oldu. Onu vura bilsəydik, hər şey başqa cür ola bilərdi. Oyundan-oyuna yaxşı oluruq. Bu gün “Qarabağ”ın Avropa Liqasında oynayan heyətinə qarşı yaxşı çıxış etdik.

“Qarabağ” bizi yenə təzyiqdə saxlayacaqdı. Bu gün “Qarabağ” hamıdan güclüdür. Bir az da hakimlərin simpatiyası olanda hər şey başqa cür olur. Pananın başla vurduğu epizodda top qapı xəttini keçmişdi. Hakimlərdən şikayət etməyəcəm. Biz də bir az böyüməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43