Avropa Liqasında (AL) 2022/23 mövsümünün ilk püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, hazırda Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın da potensial rəqibləri bəlli olub. Əgər Ağdam klubu ÇL-nin II təsnifat mərləsində “Sürix”ə məğlub olsa, yoluna Avropa Liqasının III raundunda davam edəcək.
“Köhlən atlar” sözügedən turnirdə “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) cütünün zəifi ilə qarşılaşacaq.
Həsən Quluzadə