18 Yanvar 2025
Kateqoriyasız

“Qarabağ”ın bəxti gətirmədi

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, ölkmizi bu turnirdə təmsil edən "Qarabağ" püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi "Valletta" səddini keçərsə, növbəti mərhələdə nisbətən güclü rəqiblə üz-üzə gələcək.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Artıq Ağdam klubunun III təsnifat mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqibləri müəyyənləşib. "Valletta" səddi aşılacağı təqdirdə "Qarabağ" növbəti mərhələdə məhz bu 5 komandadan biri ilə qarşılaşacaq: 

"Zalsburq" (Avstriya)

"Seltik" (Şotlandiya) – "Reykyavik" (İslandiya) cütünün qalibi

BATE (Belarus) – "Skenderbeu" (Albaniya) cütünün qalibi

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Jalgiris" (Litva) cütünün qalibi

"Şerif" (Moldova) – "Sutyeska" (Monteneqro) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək.

I qrup

"Zalsburq" (Avstriya) – "Qarabağ"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43