Müsahibə

“Qarabağ”ın bəxtsiz futbolçusu Qurbanovun ona verdiyi təsəllidən danışıb, “çempionluqdansa kubok önəmlidi” dedi – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Muarem Muaremin idmanxeber.com-a müsahibə verib.

– “İnter”i səfərdə böyük hesabla məğlub etdiniz. Belə bir hesab gözləyirdinizmi?

Matçın ilk yarısı daha çətin oldu. Onlar bizi gərginlikdə saxlayırdılar. Hətta vəziyyət elə gətirmişdi ki, biz yalnız müdafiəyə fikir verməli olurduq. Lakin Leroyun qolu bizi özümüzə gətirdi. 

– Oyun boyu dəqiq ötürmələr edə bilmədin və daim gərgin görünürdün. Səbəb nə idi?

Mən az halda meydana çıxıram. Necə deyərlər topla az oynayıram. Buna görə də, oyuna çıxanda ötürmələrimi, əlimə düşən imkanları boşa verirəm. Azarkeşləri də eşidirəm. Mənə səslənirlər. Bu məni xoşbəxt edir. Mən də onları sevindirmək istəyirəm. Ancaq sanki həyacanlı oluram və tez-tez top itkilərinə yol verirəm, düzgün ötürmələr edə bilmirəm.

– Bu oyunla bağlı Qurban Qurbanov sizə nə dedi?

Qurbanov dedi ki, mən sənə güvənirəm, sən də özünə güvən. 

– Şəriksiz lidersiz. Çempionluq yolunda sizə mane ola biləcək komanda yoxdu. Ən azından nəticələr bunu deyir. Çempionluğun artıq qazanıldığını düşünmək olar?

Düşünmürəm… Qarşıda oyunlar var və hələ ki, çempion olmadıq. Çempionluqdan da önəmlisi kubok oyunudu. Səbəs isə çempionatda 10 xallıq fərqimiz var. Ancaq kubok matçları belə deyil.

– “Qəbələ”ylə kubok matçı gəlir…

“Qəbələ” güclü komandadır, ancaq bizim də kubokda dayanmaq fikrimiz yoxdu. Qələbələrimizin davamını gətirmək istəyirik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43