Kateqoriyasız

“Qarabağ”ın bu futbolçuları “Aberdin”lə oyunu buraxacaq

Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Şotlandiyanın “Aberdin” klubu ilə qarşılaşacaq “Qarabağ” sözügedən matça itkilərlə çıxacaq.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədəli olduqları üçün Aberdinə aparılmayacaq. Patrik Andrade isə sarı kart limitini doldurduğu üçün bu oyunu buraxacaq.

Xatırladaq ki, “Aberdin” – “Qarabağ” matçı avqustun 26-da, “Pittodri” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk matçda “Qarabağ” 1:0 hesabıyla qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43