“Qarabağ” qış təlim məşq toplanışının son gününə bu gün 2 yoxlama matçı ilə nöqtə qoyacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun bu gün keçirəcəyi hər iki oyun canlı yayımlanacaq
Günün ilk rəqibi Avstriya təmsilçisi olan “Admira Vakker”, növbəti rəqib isə Polşa təmsilçisi “Yagelloniya” klubu olacaq.
Oyunlar Bakı vaxtı ilə müvafiq olaraq 18:15 və 20:15-də başlayacaq və hər iki oyun klubun “YouTube” kanalı ilə canlı olaraq yayımlanacaq.