24 Noyabr 2024
Dünya futbolu

“Qarabağ” “Şaxtyor”la qarşılaşacaq

“Qarabağ”ın qış təlim-məşq toplanış planı müəyyənləşib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda yanvarın 6-da Antalyaya yollanaraq hazırlıqlara start verəcək. Təlim-məşq toplanışı 21 gün davam edəcək və bu müddətdə 5 yoxlama oyunu keçiriləcək. “Qarabağ” yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-sı Özbəkistanın “Paxtakor”, yanvarın 19-u Çexiyanın “Bohemians”, yanvarın 23-ü Polşanın “Piast” və yanvarın 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.

Yanvarın 27-si isə Ağdam təmsilçisi Bakıya dönərək fevralın 3-ü keçiriləcək “Neftçi” ilə matçın hazırlıqlarını burada davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43