16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqası heyəti bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Linkoln”la (Cəbüllütariq) oyunları üçün iştirak ərizəsi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib. Bu komandadalar arasında ilk oyun iyulun 23-də səfərdə, cavab matçı iyulun 30-u Bakıda olacaq.

“Qarabağ” həmin görüşlər üçün adları aşağıda qeyd edilən 24 futbolçunu sifariş edib: 

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sadıq Məmmədzadə

Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Redon Cica, Musa Qurbanlı, Nəriman Axundazadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43