24 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqası oyunu isveçli hakimə tapşırıldı

Çempionlar Liqasının pley-off mərhələsi oyunlarına hakim təyianatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Dinamo” – “Qarabağ” görüşünün də referiləri bəlli olub. Matçı isveçli hakim Referi Qlenn Nyuberq idarə edəcək.

Ona Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 20-də “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43