Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın bütün potensial rəqibləri bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, I təsnifatdan mübarizəyə qoşulacaq Ağdam klubu səpələnmişlər sırasında yer alacaq. Təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.
Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi.
İlkin mərhələ
Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu
Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul – 16/17 iyul tarixlərində keçiriləcək.