Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubuna rəqib olacaq daha iki komanda – İsveçin “Malmö” və Makedoniyanın “Rabotniçki” klublarıdır. Çıxış etdikləri çempionatda çempion olan bu komandalar püşatma zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da “Qarabağ”a rəqib olmaq anlamına gəlir.
Xatırladaq ki, bundan başqa “Stromsqodset” (Norveç), TNS (Uels), “Sent Patriks” (İrlandiya), “Skenderbeu” (Albaniya), “Valetta” (Malta), “Zrinski” (Bosniya və Hersoqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalgiris” (Litva), HİK (Finlandiya), “Dinamo” (Tiflis, Gürcüstan), Monteneqro və Lüksemburq çempionları da Ağdam klbun rəqib ola bilər. Qeyd olunan komandalar “Qarabağ”ın potensial rəqibləridi.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq.