UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü
İdmanxeber.az-ın məlumatına görə, mərasimdə turnirdəki təmsilçimiz “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam klubu “Sürix”i keçəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” / “Sürix” duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.
Həsən Quluzadə