“Qarabağ”ın Çempionlar Liqası II təsnifatdakı rəqibi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Linkoln” (Cəbəllütariq) və “Hamrun” (Malta) komandaları I təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqdə cavab matçına çıxıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
İlk görüşdə 1:0 hesablı qələbə qazanan “Linkoln” növbəti turda “Qarabağ”la üz-üzə gələcək.
Ağdam ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.