Sabah keçiriləcək “İnter” – “Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib.
İdmanxeber.com-un məlumatına görə, Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verilib.
Sabah saat 20:00-da başlayacaq matçdan sonra Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ”a yalnız çempionluq kuboku və qızıl medal, “İnter”ə isə gümüş medal təqdim olunacaq.
Hər hansı bir atəşfəşanlıq olmayacaq.