İdman

“Qarabağ”ın ÇL-dəki rəqibindən yeni transfer

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Olimpiya” heyətini gücləndirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Sloveniya təmsilçisi “Voyvodina”nın yarımmüdafiəçisi Marko Putintsanini heyətinə cəlb edib. Serbiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43