Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn “Qarabağ”ın rəqibi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Şotlandiyanın məşhur “Seltik” klubu ilə qarşılaşacaq.
II təsnifat mərhələsində İslandiyanının “Styarnan” klubunu mübarizədən kənarlaşdıran “Seltik” “Qarabağ”a rəqib olub.
Tərəflər arasında ilk matç Şotlandiyada baş tutacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də baş keçiriləcək.