İdman

“Qarabağ”ın daha bir rəqibi bəlli oldu

Qış toplanışını Antalyada keçirəcək “Qarabağ”ın yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Rusiyanın birinci divizionunda çıxış edən “Şinnik”lə üz-üzə güləcək. 

Yaroslav klubunun saytı yazır ki, yoldaşlıq görüşü yanvarın 30-da keçiriləcək. 

Yanvarın 23-dən fevralın 4-ə kimi Antalyada hazırlıq keçəcək “Şinnik” Azərbaycan çempionu ilə yanaşı, Bolqarıstan “Dunav”ı ilə də üz-üzə gələcək. 

Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 9-da Türkiyəyə yollanacaq. “Qarabağ”ın qardaş ölkədə 5 və ya 6 yoxlama oyunu keçirməsi gözlənilir. Yanvarın 20-də Ağdam təmsilçisi Polşa “Legiya”sını sınağa çəkəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43