16 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın daha iki rəqibi bilindi

“Qarabağ”ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası iyulun 16-da iki matça çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven” (Belupo) olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl Şəbəb”ə (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.

Qeyd edək ki, toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da keçirən “Qarabağ” “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı (2:1) ilə üz-üzə gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43