26 Oktyabr 2024
Dünya futbolu

“Qarabağ”ın “Dinamo” ilə oyunu Avropanın diqqətində – SİYAHI

Bu gün təmsilçimiz “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Xorvatiya “Dinamo”su ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Zaqrebdə keçiriləcək görüş Azərbaycanla yanaşı bir çox ölkələrdə də canlı yayımlanacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı ölkəmizdə CBC Sport, Türkiyədə TRT 1,  Avstriyada Sky Sport 1, Bosniya və Hersoqovinada Arena Sport 1, Farer adalarında TV 3, İrlandiyada TNT Sports 2, Niderlandda Ziggo Sport, Rumıniyada Digi Sport, Xorvatiyada Arena Sport 1, Kiprdə Cytavisio Sport 6 kanalları canlı yayımlayacaq.

Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 28-də, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43