İdman

“Qarabağ”ın əsas futbolçuları bir-bir ayrılacaq – Qurban Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalsitlərə açıqlamasında bir neçə legionerin komandadakı gələcək taleyi haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Qurbanov mövsümün sonunda bir neçə futbolçunun komandadan ayrılacağını bildirib: 

“Pedro Enrike də “Qarabağ”dan ayrılacaq. Daha bir neçə futbolçu “Qarabağ”ı tərk edəcək. Hazırda digər iki legioner Dani Kintana və Ansi Aqolli ilə onların komandada qalması ilə bağlı danışıqlar gedir”.

Xatırladaq ki, millimizin çalışdırıcısı komandanın yarımmüdafiəçisi Riçard Almeydanın da “Qarabağ”dan gedəcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43