Kateqoriyasız

“Qarabağ”ın futbolçuları dənizi seyr edə-edə… – FOTO

“Qarabağ” Konfrans Liqasının 1/16 final mərhələsinin ilk matçı çərçivəsində oynanılacaq “Marsel”lə oyun üçün ötən gündən Fransadadı.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu vacib matç üçün futbolçuların daha da yaxşı istirahət etməsini düşünərək Marsel şəhərində dənizkəınarında yerləşən “Nhow hotel”ində qərarlaşıb. Komanda bu gün oyunqabağı son məşqini görüşün keçiriləcəyi “Velodrom” stadionunda keçirəcək.

Xatırladaq ki, fevralın 17-də Fransada keçiriləcək “Marsel” – “Qarabağ” görüşü yerli vaxtla saat 21.00-da (Bakı vaxtı ilə saat 00:00) başlanacaq. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43