Kateqoriyasız

“Qarabağ”ın futbolçuları Slovakiyaya qarşı oynadı

Monteneqro milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.az xəbər verir ki, yığma öz meydanında Slovakiya ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç də bu oyunun iştirakçısı olub. Hər iki oyunçu qarşılaşmaya start heyətdə başlayıb. Veşoviç 58-ci dəqiqədə, Yankoviç, isə 70-ci dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43