Kateqoriyasız

“Qarabağ”ın futbolçusu əməliyyat olundu

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Avstriyada təlim-məşq toplanışı zamanı sol ayağından xəsarət alan 20 yaşlı müdafiəçinin Almaniyada keçirilən əməliyyatı uğurlu olub. Elvin bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

“Qarabağ”ın daha bir müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən Avstriyadakı təlim-məşq toplanışında iştirak edə bilmir.

“Qarabağ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də, Bakıda İsrailin “Aşdod” komandasını qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43