“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi AÇ-2016-nın seçmə mərhələsində növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Albaniya öz meydanında Danimarka ilə qarşılaşıb. Matçda ilk qolu meydan sahibləri vursalar da, 83-cü dəqiqədə gəlmələr Aqollinin komandasını məyus ediblər – 1:1. Matç elə bu hesabla da başa çatıb.
Aqolli bu görüşdə 90 dəqiqə meydanda olub.