Konfrans Liqasının H qrupunun ilk oyunu – “Bazel”lə görüşdə zədələnən Xayme Romero artıq İspaniyadadı.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu sabah Barselonada əməliyyat olunacaq. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Ön çarpaz bağlarından xəsarət alan 31 yaşlı vinger azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.