“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının dünya çempionatına aparılacaq heyətində yer alacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.
Agentliyin müxbiri Zoran Mirosavleviçin verdiyi məlumata görə, Şehiç Brazilioyada keçiriləcək mundialda 23 bəfərlik heyət arasında yer alacaq. Əgər belə olsa o zaman Şehiç Azərbaycan klublarından dünya çempionatına aparılan ilk futbolçu kimi futbolumuzun tarixinə düşəcək.