Albaniya millisinin futbolçusu Ansi Aqolli “Avro-2016″nın seçmə mərhələsində səfərdə Ermənistana qarşı oynaya bilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, dünən Serbiya ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Aqolli bu səbəbədən İrəvanda Albaniya millisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Ermənistan – Albaniya qarşılaşması oktyabrın 11-i keçiriləcək.